COP29

Pulumu son qəpiyinədək verin, çıxıb gedim – Bu da belə…

29 Avqust 10:40 Kəpəz 10 907
Pulumu son qəpiyinədək verin, çıxıb gedim – Bu da belə…

Adil Şükürovun «Kəpəz»lə bağlı qopmaq üzrədir.

Premyer Liqanın ilk 4 turunda məğlubiyyət üzü görən baş məşqçi artıq rəhbərliyin etibarını itirib.

Həftəsonu 5-ci turun oyunları keçiriləcək. «Kəpəz» Tovuzda «Sabah»ı qəbul eləyəcək.

Ona sonuncu şans verilib. Ötən ilin payızında sükan arxasına əyləşmiş çalışdırıcıya bununla bağlı xəbərdarlıq edilib.

Lakin bildiyimizə görə, Şükürov üzləşdiyi vəziyyətlə barışmaq, kreslosu ilə vidalaşmaq istəmir. Ciddi şəkildə müqavimət göstərir.

Bunun formasını da tapıb - pul istəyir. Yalnız 9 aylıq təzminatının ödənilməsi şərtiylə vəzifəsindən ayrılmağa hazır olduğunu söyləyib.

Qəti bildirib ki, 1 qəpik güzəştə getməyəcək və dediyi olmasa, müqaviləni ikitərəfli qaydada pozmayacaq.

Hərçənd bu yay uğursuz transfer siyasəti aparan baş məşqçi kollektiv daxilində çəkisini itirib. Əksər futbolçularla, xüsusən yerlilərlə münasibətlərində gərginlik yaranıb.

Oyunçuları pis gedişatın günahını onların üzərinə atan çalışdırıcının əlindən «zəncir çeynəyirlər». Gündə biri ondan yönətimə şikayət edir.

«Kəpəz»in yeni mövsümə biabırçı start verməsi gəncəli azarkeşləri də hərəkətə gətirib. Komandanın Premyer Liqanın ilk dörd turunda məğlubiyyətləri sıralaması onları hiddətləndirib.

Fanatlar artıq etirazlarını sosial platformalar üzərindən bildirmirlər. Bir qrup tərəfdar klubun bazasına gələrək, yeni icraçı direktoru Cabir İbrahimovla görüşüblər.

Narazı kəsim Adil Şükürovun fəaliyyətinin «Kəpəz»i uçuruma sürüklədiyini dilə gətirib. Qeyd ediblər ki, yaydla edilən transferlər yararsızdır və baş məşqçi məsələsinə yenidən baxılmalıdır.

Azarkeşlər mütəxəssisin istefaya göndərilməsinin labud olduğunu söyləyiblər.

Xəbərdarlıq olunub ki, Şükürova etimadları tükənib və əgər rəhbərlik onunla bağlı müvafiq addım atmasa, çempionatın növbəti turlarında «istefa» şüarları səsləndiriblər.

Fanatlar Tərlan Əhmədovun adını çəkib, Adil Şükürovdan daha yaxşı məşqçi olduğunu vurğulayıblar.

Deyiblər ki, keçmiş çalışdırıcıdan fərqli, Şükürov heç kimi saymır, publikaya etinasız yanaşır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi