COP29

Azərbaycana belə əcnəbi baş məşqçi hələ gəlməyib

20 Avqust 19:00 Kəpəz 8 117
Azərbaycana belə əcnəbi baş məşqçi hələ gəlməyib

Kurban Berdiyev "Turan Tovuz"un gənclərini daim nəzarətdə saxlayır.

O, əsas komandanın baş məşqçisi olsa da, akademiyanın komandalarını da diqqətlə izləyir.

Mütəxəssis xüsusilə əvəzedici komandanın matçlarını buraxmır. Sıx qrafikdə çalışsa belə.

Məsələn, Premyer Liqanın üçüncü turunun "Kəpəz"lə matçından bir neçə saat sonra kollektiv xüsusi ayrılmış qatarla Bakıya yola düşüb.

Lakin türkmənistanlı mütəxəssis fərqli qərar verib.

O, bir gün sonra əvəzedici komandaların Gəncədə baş tutan oyunun izləmək üçün Tovuzda qalıb.

Hətta ona təklif edilib ki, özü Bakıya yola düşsün, köməkçilərindən biri həmin görüşü izləyər.

Lakin təcrübəli futbol adamı təklifi yaxın buraxmayıb.

Şəxsən özü Gəncəyə yollanıb.

Yalnız qarşılaşmanı izlədikdən sonra paytaxta yola düşüb və kollektivə qoşulub.

Əslində Berdiyevin qarşısında kimsə belə bir tələb qoymayıb.

Onun yerli uşaqlara belə diqqət göstərməsi şəxsi təşəbbüsüdür.

Bu günə qədər ölkəmizdə çalışan əcnəbilərin sayı-hesabı yoxdur.

Amma arasında hansınınsa azərbaycanlı uşaqlarara belə diqqət ayırmasını xatırlamıram.

Ümid edək ki, məşhur məşqçinin bu addımı davamlı olacaq.

Və ən əsası yaxın zamanda kimlərəsə Premyer Liqada şans verib, üzə çıxaracaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…