COP29

Qərb derbisində gözdən qaçmayan OLAYLAR

18 Avqust 16:05 Kəpəz 889
Qərb derbisində gözdən qaçmayan OLAYLAR

"Turan Tovuz" Premyer Liqanın 3-cü turunu qələbə ilə başa vurdu.

Kurban Berdiyevin yetirmələri bu dəfə qərb derbisində gülən tərəf oldu.

Tovuz təmsilçisinin 3:0 qələbəsi ilə başa çatan tarixi derbidə yaşanan bəzi hadisələr Peşəkar Futbol Liqasının "bölgə səfərləri" layihəsi çərçivəsində matça ezam olunan Sportinfo.az-ın əməkdaşının gözündən qaçmayıb.

Oyunun start fitinə saniyələr qalarkən "Turan"ın müdafiəçisi Faiq Hacıyev "Kəpəz"in baş məşqçisi Adil Şükürova yaxınlaşıb onunla isti görüşdü.

Matçın 10-cu dəqiqəsində iki klub rəsmisinin xoş görüntüsü diqqət çəkdi.

Söhbət "Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovla "Kəpəz"in rəhbəri İlqar Nadiridən gedir. Tərəflərin məğzini bilmədiyimiz müzakirəsi təxminən 3-4 dəqiqə çəkdi.

Birinci yarının 1/3 hissəsi yenicə arxada qalardı ki, dördüncü Rauf Allahverdiyevlə Adil Şükürov arasında kiçik polemika yaşandı.

Referi çalışdırıcıdan üst geyimi tələb etdi. Şükürovun qarşı tərəfin tələbinə məhəl qoyması 5-6 dəqiqə çəkdi. O, yenidən bildiyi kimi matçı izləməyə davam etdi.

Qarşılaşmanı izləyənlər arasında Milli Məclisin Tovuzdan olan deputatı Arzu Nağıyev də vardı.

Ondan başqa, Denis Marandiçinin valideynləri və kiçik qız övladı da vip-lojada yer almışdı. Ailə Moldovadan Tovuza sırf Denisin oyununu izləməyə gəlmişdi.

Final fitindən sonra tovuzlu futbolçular sevimli azarkeşləri ilə qələbəni qeyd etdilər. Bu məqamda Berdiyevin köməkçisi Cavid Hüseynovun fəallığı diqqətdən qaçmadı.

O, hər kəsin bir nəfər kimi tribunalar önünən getməsinə təşəbbüs göstərdi. Hətta komanda yoldaşlarının fanatlarla qələbə sevincini görməzdən gələrək ehtiyat skamiyada əyləşən Veysəl Rzayevi də yerindən tərpətməyi unutmadı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…