COP29

Gəncəli futbolsevərlər indi də bu xəbərə üzüləcək

18 Avqust 22:55 Kəpəz 3 092
Gəncəli futbolsevərlər indi də bu xəbərə üzüləcək

Gəncə şəhər stadionun tikintisi yubanır.

Bu ilin aprelindən idman qurğusunun yenidənqurulmasına start verilib.

İlk vaxtlar arenada işlər sürətli aparılsa da, son zamanlar bundan söhbət gedə bilməz.

Burada təmir-tikinti işləri demək olar dayandırılıb.

İşçilərin maaşı vaxtında verilmir.

Vəziyyətin nə zaman düzələcəyi isə sual olaraq qalır.

1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi.

Yenidənqurmaya başlayandan şəhəri təmsil edən "Kəpəz" Premyer Liqada ev oyunlarını muxtəlif arenalarda qəbul edir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…