COP29

"Bu baş versə, işimiz daha asan olacaq" - Adil Şükürov

17 Avqust 20:50 Kəpəz 818
"Bu baş versə, işimiz daha asan olacaq" - Adil Şükürov

"Kəpəz" Azərbaycan Premyer Liqasının 3-cü turunda "Turan Tovuz"a 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.z xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Biz yeni komandayıq. Komandanın özünə gəlməsi üçün vaxt lazımdır. Bilmirəm bu vaxt nə qədər olacaq. Yeni futbolçuların yerli çempionata uyğunlaşması vacibdir. Bu baş versə, işimiz daha asan olacaq. Qarşıda daha yaxşı oyunlarımız olacaq.

- Ev oyununuzu səfər kimi keçirdiniz. Bu, komandanın oyununa necə təsir edir?

- Biz keçən ildən bunu yaşayırıq. Hələ ki, stadionumuz yoxdur. Gəncədə oynasaq, fərqli olar. Komanda formalaşmalıdır, oyunçular bir-birini hiss etməlidir. Bunlar hamısı oyunumuza təsir edir.

- Bu legionerlər "Kəpəz"ə nə qədər fayda verir? Olmazdı ki, onların əvəzinə "Şamaxı" kimi yerli, tanıdığınız oyunçular transfer edəsiz?

- "Şamaxı" gördüyünüz kimi həmin vaxt aşağı liqaya düşdü. Biz bunu istəmirik, düşməyəcəyik də. Komanda yenidən qurulur. Hələ heyətə yeni futbolçular cəlb edirik. Bizə "Kəpəz"in Premyer Liqada qalması lazımdır. Bunu edəcəyik.

- Sizin üçün "Kəpəz"in sponsorun olması vacibdir, yoxsa komandanın Premyer Liqada qalması?

- Mənim üçün daha çox Premyer Liqada qalmaq önəmlidir.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…