COP29

"Qarabağ"ın oyunundan sonrakı dava-dalaşa klubdan RƏSMİ REAKSİYA

19 Avqust 19:00 Kəpəz 6 106
"Qarabağ"ın oyunundan sonrakı dava-dalaşa klubdan RƏSMİ REAKSİYA

"Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Sportinfo.az-a açıqlama verib.

Klub rəsmisi Premyer Liqanın 2-ci turunun "Qarabağ"la səfər matçından (0:3) sonra klub daxilində baş vermiş qalmaqala aydınlıq gətirib:

"Qarabağ"la ilə oyundan sonra komandamızın yer aldığı soyunub-geyinmə otağında baş məşqçimiz əsəbi şəkildə yetirmələrinə öz narazılıqlarını bildirib.

Bu da ki, başadüşüləndir. Uduzan komandanın məşqçisi ayrı nə deyə bilər?! O ki qaldı guya dava dalaşın baş verməsinə bu yalandı.

Orda bu cür insident olmayıb. Nicat Süleymanovun kiminsə üstünə getməsi ve ya vurması həqiqəti əks etdirmir.

Komandada ciddi nizam-intizam qaydaları var. Hami da buna riayət edir.

Bəli, Süleymanov əvəzedici heyətə göndərilib. Bu onun məşqlərdə özünü yaxşı göstərməməsi ilə bağlıdir.

Mövsümun əvvəlində məşqçilər korpusu ona böyük etimad göstərərək komandaya əsas heyətin oyunçusu kimi dəvət edib.

Nicat hazırda öz üzərində işləyir, çatışmazlıqlari aradan qaldırmağa çalışır".

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…