"Kəpəz" daha bir legioneri heyətinə qatıb.
Gəncə təmsilçisi Keverton Marselo ilə anlaşıb.
Braziliyada son olaraq "Hercilio Luz"un formasını geyinmiş 23 yaşlı "sambaçı" ilə 1+1 illik müqavilə bağlanılıb.
2001-ci il təvəllüdlü dayaq yarımmüdafiəçi karyerası ərzində yaınız Braziliyada “Audaks Rio” və “Ponte Preta”nın uğurları üçün çalışıb.
"Sarı-göylər"in dünən hücum xəttini gücləndirməsini yada salaq.
Gəncəlilər ötən mövsüm «Araz-Naxçıvan»ın formasını geyinən Orxan Əliyevi sıralarına qatıb.
Liqanın geridə qalan sezonunda vurduğu 9 qolla komandasının bombardiri olmuşh forvarla anlaşmanın müddəti 1+1 ildir.
SPORTİNFO.AZ