COP29

Bu adamın baş məşqçinin işinə qarışmasına imkan verməsələr və 1-2 transfer etsələr…

11 Avqust 09:45 Kəpəz 2 259
Bu adamın baş məşqçinin işinə qarışmasına imkan verməsələr və 1-2 transfer etsələr…

Son iki mövsümün ən gözlənilməzini «Kəpəz» edib.

Öncə Tərlan Əhmədov, ardınca Adil Şükürov bütün proqnozları altını üstünə çevirib, komandanı Premyer Liqada saxlayıb.

Budəfəki hədəf də Gəncədən o yana getmir. Şükürovdan istənilən yeganə şey şəhərin elita səhnəsini tərk etməməsidir.

Hazırkı baş məşqçi «Kəpəz» üçün göydəndüşmədir. İlk 2 turda alınan məğlubiyyətlər gəncəli fanatları narahat etməsin.

Ötənilki heyətin bir çox aparıcı siması çıxıb gedib, Şükürov yeni komanda formalaşdırmaq məcburiyyətində qalıb, əksəriyyəti heç üzdən bir-birlərini tanımır: bu kimi problemlərin bol olduğu vaxtla «Sumqayıt» və «Qarabağ»a səfərdə müqavimət göstərmək məşəqqətdir.

İstərdim ki, Gəncə publikası baş məşqçisinə və futbolçularının arxasında dayansın, indi onları daha çox dəstəkləsin.

O. 1-2 transfer də etsə, «Kəpəz» 2-3 turdan sonra əvvəlki nizamını alacaq. Şükürov həmin Şükürovdur, yenə şapkadan dovşan çıxaracaq.

Təki İlqar Nadiri ona mane olmasın. İdarə Heyətinin sədri işbilməz, amma hər işə qarışan bir tipdir.

Son vaxtlar Şükürovun Gəncədə hörməti qalxıb, bu isə Nadirini narahat etməkdədir.

Xoşu gəlir ki, olduğu hər yerdə onu yalandan tərifləsinlər, desinlər, sağ ol, sən olmasaydın, «Kəpəz» yenə Premyer Liqanı tərk eləmişdi.

Məşqçilərin haqqına girmək, futbolçuların, klubda çalışanların əziyyətini yemək sədrin adətidir.

Yerli tərəfdar Şükürovu Nadiridən qorusa, «Kəpəz» bu mövsüm də çempionatın bəzəyi olacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…