«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev klub rəsmilərinə yeni tapşırıq verib.
Rusiyalı çalışdırıcı ona səriştəli və təcrübəli tərcüməçinin tapılmasını istəyib.
Tanınmış mütəxəssisin sərəncamında görməyi arzuladığı həmin tərcüməçi bir neçə dildə danışmağı bacarmalıdır.
Bura rus, ingilis, ispan və portuqalca bilənlər daxildir.
72 yaşlı sükançı bildirib ki, müxtəlif ölkələrin təmsilçiləri komandada üstünlük təşkil etdiyi üçün poliqlotun işə cəlb olunması mütləqdir.
SPORTİNFO.AZ