COP29

İlkin Fikrətoğlu: O, bacarmırsa, istefa verib getməlidir - VİDEO

29 İyul 17:40 Kəpəz 1 833
İlkin Fikrətoğlu: O, bacarmırsa, istefa verib getməlidir - VİDEO

"Deyəsən, Gəncə şəhərinin rəhbərliyi "Kəpəz" adlı komandanın varlığını unudub".

Bu açıqlama “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna aiddir.

Tanınmış qələ\m sahibi “Kəpəz”in üzləşdiyi problemlərdən söz açıb, şəhərin rəsmi qurumlarının kluba biganə münasibətini qabardıb.

Bildirib ki, 2 mövsümdür Premyer Liqada güc-bəla ilə yerini qoruyan “sarı-göylər”ə sponsor tapılmır.

O, baş məşqçi Adil Şükürovun böyük problemlərlə üzləşdiyini, üfiqdə isə işıqucunun görünmədiyini təəssüf hissi ilə qeyd edib.

İ.Fikrətoğlu İdarə Heyətinin sədri İlqar Nadirinin öz vəzifəsinin öhdəsindən gəlmədiyini, komandanın keçmiş çalışdırıcısı və funksioneri Mehman Allahverdiyev başda olmaqla, yerli futbol elitasının ona müxalif mövqeydə dayandığını nəzərə çatdırıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti