COP29

Premyer Liqa klubu PULSUZLUQdan canını qurtardı - Milyonluq sövdələşmə

27 İyul 15:00 Kəpəz 4 362
Premyer Liqa klubu PULSUZLUQdan canını qurtardı - Milyonluq sövdələşmə

«Kəpəz»in maliyyə durumu düzəlməyə doğru gedir.

Dünən xəbər verdiyimiz kimi, İdarə Heyətinin sədri İlqar Nadiri yeni sponsorun tapılması istiqamətində növbəti addım atıb.

Beş ildən artıqdır Gəncə təmsilçisinin başında dayanan idarəçi kluba tərəfdaş tapıb.

O, bu barədə futbolçuları məlumatlandırıb. Nadiri məşqçi və futbolçularla görüşündə apardığı danışıqlar haqda söhbət açıb, sponsorla əksər məsələlərdə razılığa gəldiyini bildirib.

Sədr qeyd edib ki, yaxın günlərdə rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulub və belədə «Kəpəz»ə əlavə büdcə ayrılacaq.

Artıq “Kəpəz” ilə “Gəncə Memorial Hospital” arasında sponsorluq müqaviləsi bağlanıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.

Razılaşmaya əsasən, “Gəncə Memorial Hospital” “sarı-göylər”ın sağlamlıq sponsoru olacaq.

Əsas və əvəzedici, habelə akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmətlər göstəriləcək, dərman ehtiyaclarının qarşılanmasına dəstək veriləcək.

Bu, “Gəncə Memorial Hospital”ın futbol camiəsi ilk tanışlığı deyil. Hələ 2016-2017-ci ildə bu sahədə birinci addımı atıblar.

Həmin vaxt I Liqada mübarizə aparan “Şəmkir“ə 1 il ərzində hərftərəli dəstək veriblər. Qərb təmsilçisi hər ay üçün qarşı tərəfdən 30 min manat alıb.

“Kəpəz“ də bu işbirliyindən qazanc əldə edəcək. “Sarı-göylər“ın 10 ay ərzində gəliri 1 milyon manata bərabər olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?