COP29

Türkiyəli iş adamları "Kəpəz"i...

27 İyul 23:00 Kəpəz 1 524
Türkiyəli iş adamları "Kəpəz"i...

Türkiyəli iş adamları “Kəpəz”ə sponsorluq edə bilər.

Bu barədə Gəncədən bizə məlumat verilib.

Belə ki, bir neçə gün əvvəl bir neçə türkiyəli iş adamı Gəncədə səfərdə olub.

Səfər çərçivəsində qonaqlar Gəncə şəhərinin icra başçısı Niyazi Bayramov, KOBİA-nın Gəncə-Qazax koordinatoru Anar Əliyev, Gəncə Alüminium Kompleksinin Direktoru Cəmil Səfərov, biznes departamentinin rəhbəri Elçin Xəlilov, Gəncə "Bazarstore" MMC-nin direktoru Mahmud Mahmudzadə və "Miram" MMC-nin direktoru İzzət Verdiyevlə görüşlər keçirilib.

İki qardaş ölkə arasında əməkdaşlığın daha da sıx olması əsas müzakirə mövzusu olub.

Bir sıra gələcək layihələr barədə qarşılıqlı razılıq əldə olunub.

Söhbət əsnasında “Kəpəz”in də gələcək taleyi müzakirə olunub.

Klubun uzun müddətdir sponsorsuz qalması böyük üzüntü ilə dilə gətirilib.

Bildirilib ki, hansısas formada gələcək əməkdaşlıq çərçivəsində şəhərin yeganə komandasına maliyyə ayrılması da nəzərə alınsın.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...