COP29

“Məğlubiyyətlər təki indi sıralansın” -  Azərbaycan klubuna sadiq olan əcnəbi

16 İyul 21:20 Kəpəz 1 869
“Məğlubiyyətlər təki indi sıralansın” -  Azərbaycan klubuna sadiq olan əcnəbi

“Uduzduq, amma burada faciəvi heç nə yoxdur”.

“Kəpəz”in müdafiəçisi Yeqor Xvalko Sportinfo.az-a açıqlamasında komandasının “Şamaxı”ya 1:2 hesablı məğlubiyyətini bu sözlərlə şərh edib.

Gəncəlilər toplanış dövründə keçirdikləri ilk sınaq matçında “Turan Tovuz”a 0:4 hesabıyla məğlub olmuşdularsa, bu dəfə digər bölgə komandası ilə bacarmadı.

Belaruslu legioner yoldaşlıq görüşlərindəki yenilgilərə müxtəlif səbəblər göstərib:

“Heç kim məğlub olmaq istəməz. Ancaq etiraf edim ki, ötən oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıq.

Məğlubiyyətlər təki indi sıralansın, bu, çempionata daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Belə olduğu halda səhvləri və boşluqları görür, onların üzərində işləyirik.

Səbəblərə gəlincə, digər komandalar kimi, biz də yüklənmə fonunda meydana çıxırıq. Yorğunluq istər-istəməz özünü göstərir”.

Maraq üçün bildirək ki, “sarı-göylər”lə müqavilənin müddətini uzadan belaruslu mərkəz müdafiəçi ardıcıl 3-cü il “Kəpəz”in şərəfini qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?