COP29

“Kəpəz” kütləvi ayrılıqlar astanasında – Adlar məlumdur

14 İyul 21:40 Kəpəz 1 943
“Kəpəz” kütləvi ayrılıqlar astanasında – Adlar məlumdur

“Kəpəz”də ixtisarlar yaşanacaq.

Sportinfo.az olaraq bu barədə bir neçə gün əvvəl vermişdik ki, klub rəhbərliyi akademiyada çalışan məşqçilərin qarşısına şərt qoyub.

“Kəpəz”lə yanaşı, başqa idman qurumunda çalışanlar iki işdən birini seçməlidir.

Həmin şəxslərin sayı yetəri qədərdir və onlara qəti qərara gəlmək üçün avqustun 1-nə qədər vaxt verilib.

İki yerdə işləyənlər kimlərdir?

İlham Səmədov, Tariyel Hüseynov, Həsən Abdullayev, Orxan Verdiyev, Xaliq Qafarov...

Sözügedən məşqçilər “Kəpəz”lə paralel olaraq Uşaq-Gənclər İdman Məktəbində (“Təhsil”) fəaliyyət göstərir. Rəhbərliyin tələbi burada çalışan məşqçilərin yalnız “Kəpəz”ə aid olması və sırf klubdakı işə fokuslanmalarıdır.

Maraqlıdır, bu qədər mütəxəssis “Kəpəz”i tərk edib “Təhsil”dəki fəaliyyətlərinə diqqət ayırsalar, Gəncə təmsilçisi yaranmış boşluğu necə aradan qaldıracaq?

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti