COP29

“Kiməsə nəsə qaranlıq qalanda, deyir, çəkinməyin, soruşun”

15 İyul 09:40 Kəpəz 1 184
“Kiməsə nəsə qaranlıq qalanda, deyir, çəkinməyin, soruşun”

“Yeni baş məşqçimiz gəlib və bilirik ki, öyrənməli olduğumuz çox şey var”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Tuiran Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

Qərb təmsilçisində üçüncü mövsümünü keçirməyə hazırlaşan müdafiəçi Kurban Berdiyevin komandaya təsirindən danışıb:

“Fikrimcə, oyundan-oyuna çatışmazlıqlar aradan qaldırılacaq. O, bizimlə mütəmadi söhbət edir, istədiklərini başa salır.

Kiməsə nəsə qaranlıq qalanda, deyir, çəkinməyin, soruşun. Yenidən izah edir.

Özü də deyir ki, anlamadığınız nəsə olanda çəkinməyin, gəlin soruşun.

Ankarada keçirəcəyimiz növbəti toplanışı da itkisiz başa vurmaqla çempionatın startına qədər hazır olmağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti