COP29

Premyer Liqa klubunda iki legionerlə bağlı tərəddüd davam edir

15 İyul 15:00 Kəpəz 1 543
Premyer Liqa klubunda iki legionerlə bağlı tərəddüd davam edir

Adil Şükürov "Kəpəz"də yoxlanışda olan iki legionerlə bağlı qərarını açıqlamağa tələsmir.

Söhbət Qvineya-Bissau millisinin sabiq üzvü Joao Marionu və qanalı Ezekiel Morqandan gedir.

Adıçəkilənlər 2 həftəyə yaxındır klubun yay toplanışında iştirak edirlər.

"Turan Tovuz"la baş tutan sınaq matçında (0:4) meydanda olublar.

Lakin Şükürov onların durmu ilə bağlı tərəddüdədir.

Yekun qərar verməyə tələsmir.

Əcnəbilərə 15 iyul tarixində "Şamaxı" ilə keçiriləcək yoxlama matçında son şans veriləcək.

Məhz həmin qarşılaşmadan sonra Şükürov afrikalıların klubda qalıb-qalmayacağına qərar verəcək.

Joao hazırda azad agentdir.

30 yaşlı vinger “Benfika B”, “Çaveş”, “Vizeu”, “Vilafrankese”, “Koimbra”da oynayıb.

Qısa müddət Vyetnam və Bolqarıstanda legioner həyatı yaşayıb.

O, milli komandada keçirdiyi 14 matçda 2 qolla yadda qalıb.

Ezekiel Morqanla ötən ilin sentyabrında 2+1 illik müqavilə bağlanıb.

O, son mövsümü "İmişli"də icarədə keçirib.

Morqan daha əvvəl vətənində "Tudu Mayti Gets"in formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti