COP29

PFL işə qarışdı, “Kəpəz”ə “gözlə” tapşırığı verildi - “Yeniliklər tətbiq olunacaq”

12 İyul 20:40 Kəpəz 2 845
PFL işə qarışdı, “Kəpəz”ə “gözlə” tapşırığı verildi - “Yeniliklər tətbiq olunacaq”

“Bildiyiniz kimi, Gəncə şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılır.

Bu isə o deməkdir ki, “Kəpəz” ev oyunlarına doğma meydanda başlaya bilməyəcək”.

Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Sportinfo.az-a açıqlama verib.

“Kəpəz”in yeni mövsümdə rəqiblərini Tovuzda qəbul edəcəyi ilə bağlı məsələ böyük ölçüdə həllini tapsa da, stadionlarla bağlı yeni tələblər klubların planlarına təsir edə bilər.

Abbasov bununla bağlı ətraflı danışıb:

“Peşəkar Futbol Liqası olaraq “Kəpəz” rəhbərliyi ilə bu mövzuda müzakirələrimiz olub.

Bəli, düzgün məlumatdır ki, “Turan Tovuz” rəhbərliyindən “Kəpəz”ə ev oyunları keçirmək üçün stadionun verilməsi ilə bağlı rəsmi məlumat daxil olub.

Amma məsələnin daha da konkretləşməsi və detalların müzakirəsinə bizim tərəfimizdən ehtiyac var.

Çünki yeni mövsümdən stadion məqamları ilə bağlı yeniliklər tətbiq olunacaq və biz sabitliyin tərəfdarıyıq. Bununla bağlı püşkatma mərasimində ətraflı məlumat veriləcək.

“Kəpəz”in ev oyunlarını Tovuz şəhər stadinunda keçirməsi ilə bağlı hər hansı ciddi maneə yoxdur, sadəcə uzunmüddətli detalların konkretləşməsinə ehtiyac var və bununla bağlı PFL tərəfindən lazimi addımlar atılacaq və ictimaiyyətə də məlumat veriləcək”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?