COP29

"Benfika"nın sabiq üzvü Azərbaycan klubuna gəldi

10 İyul 13:00 Kəpəz 1 839
"Benfika"nın sabiq üzvü Azərbaycan klubuna gəldi

Transfer çalışmalarını davam etdirən “Kəpəz”ə daha bir legioner qoşulub.

Söhbət Qvineya-Bissau millisinin sabiq üzvü Joao Marionudan gedir.

Afrikalı vinger təmsilçimizə baxışa gəlib.

Müqavilə imzalanması üçün 30 yaşlı legionerin performansı məşqçilər korpusunu razı salmalıdır.

Təcrübəli futbolçu bu gün "Turan Tovuz"la baş tutacaq yoxlama matçında iş başında olacaq.

Mario karyerasına yerli "Lusitana"da başlayıb.

Portuqaliya vətəndaşlığı olan futbolçunun karyerası da uzun müddət bu ölkə ilə bağlı olub.

Hazırda azad agent olan legioner “Benfika B”, “Çaveş”, “Vizeu”, “Vilafrankese”, “Koimbra”da oynayıb.

Qısa müddət Vyetnam və Bolqarıstanda legioner həyatı yaşayıb.

O, milli komandada keçirdiyi 14 matçda 2 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?