COP29

“Kəpəz”də rəhbər tapşırığı – İki yoldan birini seç!

9 İyul 17:00 Kəpəz 1 705
“Kəpəz”də rəhbər tapşırığı – İki yoldan birini seç!

“Kəpəz” rəhbərliyi akademiyada çalışan məşqçilərə tapşırıq verib.

Tapşırıq ondan ibarətdir ki, iki yerdə işləyən mütəxəssislər yeni mövsümdən etibarən seçim etməlidir.

Ya “Kəpəz”də qalmalı, ya da klubla vidalaşaraq digər qurum-təşkilatdakı işini davam etdirməlidir. Son mövsümdə bir neçə məşqçi klubda çalışmaqla yanaşı, “Təhsil”də fəaliyyət göstərib.

Onların arasında İlham Səmədov, Orxan Verdiyev, Həsən Abdullayev, Xaliq Qafarov kimi mütəxəssislər var.

Yeni “futbol ili”ndə bu, mümkünsüz olacaq. “Kəpəz” rəhbərliyi həmin şəxslərə avqustun ilk gününə qədər seçim etmək göstərişini verib.

Razılaşanlar klubda qalacaqlar. Razılaşmayanlar “sarı-göylər”lə vidalaşmalı olacaqlar.

Kifayət qədər riskli qərardır. Birdən-birə bir neçə məşqçinin klubdan ayrılması kadr çatışmazlığına səbəb ola bilər. Yaranacaq boşluğu qısa müddətdə aradan qaldırmaq rəhbərliyə çətinlik yaradacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?