COP29

"Xəzər Lənkəran"ın yetirməsi "Kəpəz"ə lazım olmadı

8 İyul 11:00 Kəpəz 1 666
"Xəzər Lənkəran"ın yetirməsi "Kəpəz"ə lazım olmadı

"Kəpəz"in baş məşqçisi Adil Şükürov Elnur Cəfərovun xidmətindən imtina edib.

Ezekiel Morgan kimi Cəfərov da arxada qalan mövsümü "İmişli"yə icarəyə verilmişdi.

Qanalı yarımmüdafiəçi artıq bir neçə gündür müqavilə ilə məxssus olduğu "Kəpəz"in düşərgəsindədir.

Amma baş məşqçi Elnurla bağlı fərqli qərar verib.

Rəsmilərə bildirib ki, onun hazırkı potensialına yaxından bələdik, Premyer Liqada bizə kömək edəcək gücdə deyil.

Bu səbəbdən 27 yaşlı vingerin Qərb təmsilçisinə dönüşü mümkün olmayıb.

Azərbaycan millisinin sabiq üzvü "Xəzər Lənkaran"ın yetirməsidir.

O, Portuqaliyanın "Tondela", Xorvatiyanın "Duqopolye" klubların legioner həyatı yaşayıb.

Ölkəmizdə isə "Neftçi", "Keşlə"(indiki "Şamaxı") və "Sumqayıt"da da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu