COP29

AFFA prezidenti öz dostunu Premyer Liqa klubuna sponsorluq etməyə razı saldı

4 İyul 19:40 Kəpəz 5 164
AFFA prezidenti öz dostunu Premyer Liqa klubuna sponsorluq etməyə razı saldı

Deyəsən, Premyer Liqada himayədarsız klub qalmayacaq. «Kəpəz»in illərdən bəri davam edən sponsor həsrəti bitmək üzrədir. Bu barədə AFFA-dan redaksiyamıza yeni məlumat daxil olub. Federasiyadan bildirilib ki, Rövşən Nəcəf Gəncə klubunun maliyyə probleminin həllində mühüm addım atıb. Qurumun, eyni zamanda SOCAR-ın prezidenti «Kəpəz»ə yeni sponsor tapıb. Tapıb deyəndə ki, bu işi görəcək şəxs onun yaxın dostlarından biridir. Hələlik adı gizli saxlanılan iş adamı şirkət sahibidir və SOCAR-la əlaqəli fəaliyyət göstərir. Nəcəflə yaxın münasibətləri olan biznesmen «Kəpəz»ə maliyyə dəstəyi verməyə razılaşıb, hazırda isə mümkün əməkdaşlığın detalları müzakirə olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti