COP29

Afrikalı legioner "Kəpəz"lə bağlı son qərarını AÇIQLADI

2 İyul 23:40 Kəpəz 964
Afrikalı legioner "Kəpəz"lə bağlı son qərarını AÇIQLADI

"Kəpəz"in üzvü Latir Fal gələcək karyerası ilə bağlı son qərarını verib.

O, yeni mövsümə başqa klubda başlayacaq.

Yarımmüdafiəçi bu barədə "Kəpəz" rəhbərliyini məlumatlandırıb.

Halbuki daha əvvəl bölgə klubu seneqallı legionerlə bütün detallarda razılıq əldə etmişdi.

Qalırdı yeni müqavilənin imzalanması.

Belə məqamda klub əcnəbi futbolçudan "mənə vaxt verin, yeni təkliflər almışam" mesajını almışdı.

Bir neçə günlük götür-qoydan sonra Olavale Onanuqa və İqor Rodriges kimi 30 yaşlı Latir Fal da yaxşı təklif müqabilində klubdan ayrılmaq qərarı verib.

Afrikalı legioner ötən ilin yayından "Kəpəz"in formasını geyinirdi.

O, arxada qoyduğumuz mövsüm meydana çıxdığı 30 matçda 3 qol, 2 assistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO