COP29

"Kəpəz" "evsiz" qalıb, qonaq qəbul edəni də yoxdur

4 İyul 23:00 Kəpəz 802
"Kəpəz" "evsiz" qalıb, qonaq qəbul edəni də yoxdur

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına 1 aydan az vaxt qalır.

Amma "Kəpəz"in hələ də ev oyunlarını harada keçirəcəyi dəqiqləşməyib.

Ötən mövsüm Qərb təmsilçisi Tovuz və Qəbələ şəhər stadionlarının xidmətindən istifadə etmişdi.

Bu gün isə Bölgə klubu daha çətin vəziyyətlə üz-üzə qalıb.

Belə ki, "Kəpəz" rəhbərliyi yuxarıda adıçəkilən hər iki stadionun xidmətindən yeni mövsüm istifadə etmək üçün qarşı tərəfə müraciət edib.

Lakin müsbət cavab verəni olmayıb.

Rəsmilər ümid edir ki, qarşıdakı günlər qərar dəyişər.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti