COP29

"Təklif olsa belə, qəbul edən deyilik, işimizi yarımçıq qoya bilmərik"

28 İyun 19:00 Kəpəz 782
"Təklif olsa belə, qəbul edən deyilik, işimizi yarımçıq qoya bilmərik"

«Bizim Adil Şükürovla vidalaşmaq fikrimiz olmayıb və indi də yoxdur».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbəri hazırkı baş məşqçinin onlarla müqaviləsinin olduğunu və onunla hələ uzun müddət birgə çalışmaq istədiklərini bildirib:

«Adil müəllimlə ötən ilin payızında 2+1 illik müqavilə imzalamışıq. Bunu bəlkə də çox adam bilmir.

Mətbuatda tamam fərqli xəbərlər dolaşır, elə bilirlər ki, biz onunla ilyarımlıq müqavilə bağlamışıq. O. çətin vaxtda komandanı götürdü və Premyer Liqada saxladı.

Adil Şükürovun özünə təkliflər ola bilər, amma rəsmi surətdə kluba heç bir müraciət daxil olmayıb. Olsa belə, qəbul edən deyilik.

Çünki işimizi yarımçıq qoya bilmərik. Gələn mövsümü də burada keçirəcək».

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək