COP29

Millimizin sabiq hücumçusu bölgə klubuna qayıdır?

30 İyun 11:05 Kəpəz 1 910
Millimizin sabiq hücumçusu bölgə klubuna qayıdır?

"Şamaxı" Azərbaycan millisinin sabiq üzvü Amil Yunanovun xidmətində maraqlı deyil.

Bu barədə klubdan məlumat verilib.

Bildirilib ki, mətbuatda çıxan iddialar əsassızdır.

Ötən mövsümün birinci yarısını "Səbail"də, ikinci bölümünü isə Kəpəz"də keçirən Yunanovun sabiq komandasına qayıdacağı yayılan xəbərlər arasında yer alırdı.

31 yaşlı hücumçu "Kəpəz" və Səbail"dən başqa "Sumqayıt", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.

O, hazırda klubsuzdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?