COP29

AFFA prezidenti nazirliyin köməyi ilə kluba sponsor axtarır - 2 şirkətlə danışıqlar gedir

27 İyun 21:20 Kəpəz 2 439
AFFA prezidenti nazirliyin köməyi ilə kluba sponsor axtarır - 2 şirkətlə danışıqlar gedir

AFFA prezidenti Rövşən Nəcəf «Kəpəz»in sponsor problemini öz nəzarətinə götürüb.

Aprelin 2-də federasiyanın başına keçən şəxs Gəncə klubuna yeni himayədar tapmaq üçün bütün əlaqələrini işə salıb.

SOCAR-a da rəhbərlik edən R.Nəcəf İqtisadiyyat Nazirliyi ilə bərabər, bu işə əncam çəkmək niyyətindədir. O, hesab edir ki, nazirliyin də yardımı ilə «Kəpəz»in ən böyük çətinliyinin həllinə nail olmaq mümkündür.

«Kəpəz»in mövcud vəziyyəti ilə bağlı hazırlanmış hesabatı incələyən AFFA prezidenti iyulun axırınadək sponsor məsələsinə nöqtə qoyulacağını düşünür.

Hər halda ona yaxın çevrə redaksiyamıza belə bir məlumat verib. Bildirildiyinə görə, Gəncədən olan iş adamlarına məxsus 2 şirkətlə bu istiqamətdə danışıqlar başlayıb.

SPORTİNFO.AZ

Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək