COP29

"Kəpəz" anlaşma əldə etdiyi legionerdən xoş olmayan MESAJ ALDI

1 İyul 17:00 Kəpəz 1 863
"Kəpəz" anlaşma əldə etdiyi legionerdən xoş olmayan MESAJ ALDI

"Kəpəz" Latir Faldan gözlənilməz xəbər alıb.

Bölgə klubu seneqallı legionerlə bütün detallarda razılıq əldə etmişdi.

Qalırdı yeni müqavilənin imzalanması.

Belə məqamda klub əcnəbi futbolçudan "mənə vaxt verin, yeni təkliflər almışam" mesajını alıb.

Olavale Onanuqa və İqor Rodrigesdən sonra 30 yaşlı Latir Falın da yaxşı təklif müqabilində klubdan ayrılmaq ehtimalı yüksəkdir.

O, Qərb təmsilçisinə son variant kimi baxır.

Afrikalı legioner ötən ilin yayından "Kəpəz"in formasını geyinir.

O, arxada qoyduğumuz mövsüm meydana çıxdığı 30 matçda 3 qol, 2 assistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO