COP29

Rəhbərə "mən daha onu burada görmək istəmirəm" dedi, MÜBAHİSƏ DÜŞDÜ

27 İyun 11:40 Kəpəz 3 221
Rəhbərə "mən daha onu burada görmək istəmirəm" dedi, MÜBAHİSƏ DÜŞDÜ

«Kəpəz»də növbəti xoşagəlməz hadisə yaşanıb. Baş məşqçi Adil Şükürovla Georgi Papunaşvili arasında mübahisə düşüb.

Buna səbəb gürcüstanlı yarımmüdafiəçinin «Sumqayıt» və «Zirə» ilə danışıqlar aparmasıdır.

Legionerin ondan xəbərsiz belə hərəkət etməsi çsalışdırıcının xoşuna glməyib. Şükürov rəhbərliklə görüşərək, «mən daha Papunaşvilini burada görmək istəmirəm» sölyəyib.

Söhbət 29 yaşlı oyunçunun qulağına çatandan sonra mütəxəssislə əlaqə saxlayıb, onunla sərt tonda danışıb. Həmçinin deyib ki, Gəncəyə gələcək və ürəyindən keçən sözləri üzünə söyləyəcək.

Georgi ötən mövsüm “Kəpəz”in heyətində meydana çıxdığı 20 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?