COP29

100 min dollarlıq təklif aldı, Azərbaycan klubundan getmək qərarı verdi

27 İyun 17:00 Kəpəz 4 999
100 min dollarlıq təklif aldı, Azərbaycan klubundan getmək qərarı verdi

Əksər legionerlər kimi İqor Rodriges də "Kəpəz"dən ayrılmağa qərar verdi.

Əslində portuqaliyalı qapıçı bölgə klubunda qalmağa razı idi.

Hətta onunla bütün detallarda razılıq əldə olunmuşdu.

Sadəcə müqaviləyə imza atmaq qalırdı.

Lakin son anda İndoneziyadan aldığı yaxşı təklif əcnəbi qolkiperin qərarını dəyişməsinə səbəb olub.

Söhbət 100 min dollarlıq müqavilədən gedir.

Belə ki, 29 yaşlı futbolçu yeni klubunda ilinə məhz bu qədər qazanc əldə edəcək.

Maraq üçün bildirək ki, İqorun "Kəpəz"dəki aylıq maaşı 6 min dollar təşkil edirdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?