COP29

Paytaxt təmsilçisini "Kəpəz"ə dəyişdi - YENİ ANLAŞMA

26 İyun 16:00 Kəpəz 1 614
Paytaxt təmsilçisini "Kəpəz"ə dəyişdi - YENİ ANLAŞMA

"Kəpəz" daha bir futbolçu ilə razılıq əldə edə bilib.

Elmir Tağıyev növbəti mövsümü də bölgə klubunda keçirəcək.

"Səbail"ə məxsus olan yarımmüdafiəçi arxada qalan sezonu "Kəpəz"də icarədə keçirmişdi.

Bayıl təmsilçisi ilə müqaviləsi bitən 24 yaşlı orta sahə oyunçusu Region klubunun yeni şərtlərlə müqavilə təklifinə razılıq verib.

Elmir Tağıyev arxada qoyduğumuz mövsüm meydana çıxdığı 27 matçda 1 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?