COP29

Azərbaycandan bir addım o tərəfə getməyəcək - “Kəpəz”

21 İyun 19:40 Kəpəz 522
Azərbaycandan bir addım o tərəfə getməyəcək - “Kəpəz”

"Kəpəz" mövsümlərarası hazırlıq üçün ölkə xaricinə yollanmayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Adil Şükürovun çalışdırdığı komanda iyun ayının 22-dən yeni mövsümün məşqlərinə başlayacaq. Məşqlər Gəncədə keçiriləcək.

Komandanın hazırlıq planı ilə bağlı daha geniş məlumatın qarşıdakı günlərdə veriləcəyi bildirilib.

"Kəpəz" ötən mövsümü 35 xalla 9-cu pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?