COP29

"Xəzər Lənkəran"ln yetirməsi tanış ünvana qayıdır

20 İyun 16:20 Kəpəz 3 176
"Xəzər Lənkəran"ln yetirməsi tanış ünvana qayıdır

"Kəpəz" sabiq oyunçusunu geri qaytarır.

Söhbət "Sumqayıt"dan ayrılan Orxan Sadıqlıdan gedir.

Təcrübəli oyunçu son mövsümü "kimyaçılar"da keçirib.

Uzun müddət böyük futboldan uzaq düşən Sadıqlı 2022-ci ildə məhz "Kəpəz"lə anlaşaraq geri qayıtmışdı. O, 2022/23 mövsümünü Gəncə təmsilçisində forma geyinib.

Adil Şükürov "Xəzər Lənkəran" yetirməsini ikinci qapıçı kimi komandaya komandaya cəlb etməyi düşünür.

31 yaşlı çərçivə qoruyucusu karyerası ərzində "Xəzər Lənkəran, "İnter" (indiki "Şamaxı") və "Zirə" klublarının da şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?