COP29

Tərlan Əhmədovun adını çəkdi, “onun böyük rolu var idi” dedi

1 Dekabr 2023 22:20 Kəpəz 1 009
Tərlan Əhmədovun adını çəkdi, “onun böyük rolu var idi” dedi

Ötən mövsüm “Kəpəz”in Premyer Liqada qalmasında əsas pay sahiblərindən olan Mate Kvirkviya cari çempionatda gözə dəymir.

Yaşar Vahabzadə, ardınca Tərlan Əhmədovun dönəmində Premyer Liqada və Azərbaycan kubokunda ümumilikdə 26 oyunun iştirakçısı olan gürcüstanlı vinger 2 qol və 8 assistlə yadda qalmışdı.

Bu il 11 oyunda meydana çıxıb ki, bunların 9-da əsas heyətdə yer almaqla cəmi vur-tut 2 qolla diqqət çəkib.

Azarkeşlərin, eləcə də futbol ictimaiyyətinin marağına səbəb olan sual “9 nömrə”nin çıxışındakı enişin səbəbidir.

Mate Sportinfo.az-a açıqlamasında əvvəlki günlərindən uzaq düşməsinin səbəbini bildirib:

“Ötən mövsümlə indikini müqayisə edəndə arada fərqlərin olduğu görünür. Əvvəla, yayda heyətimiz dəyişdi, çox sayda yeni oyunçular gəldi.

Kollektivin tam oturuşması, məşqçi və futbolçuların bir-birinə öyrəşməsi üçün müəyyən vaxt lazımdır. Əslində, mövsümə pis başlamamışdım.

Gözlənilməz zədə məni geri saldı. Gizlətmirəm, çıxışımdakı enişi özüm də görür və hiss edirəm.

Eyni zamanda əminəm ki, əvvəlki formamı bərpa edib yenə azarkeşlərimizi sevindirməyə çalışacağam.

Tərlan Əhmədov müsbət və mənfi cəhətlərimi dəqiqə bilirdi. Uğurlu çıxışımda onun böyük rolu var idi”.

Gürcüstan U-21-nin sabiq üzvünün “Kəpəz”lə müqaviləsinin müddəti 2024-cü ilin iyununa kimidir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?