COP29

"İstədiklərimizə hələ tam nail ola bilməmişik"

30 Noyabr 2023 09:00 Kəpəz 423
"İstədiklərimizə hələ tam nail ola bilməmişik"

"Kəpəz" Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Baku Sportinq"i 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

"Çox ağır bir oyun oldu. İlk növbədə çox şükürlər olsun ki, bu mərhələni adladıq.

Mən bütün azarkeşlərimizə minnətdarlıq edirəm, bizə sona kimi dəstək verdilər. Bizi tək qoymurlar. Hər zaman yanımızdadırlar.

Əlavə hissələrə qədər uzanan oyun izlədik. Qol epizodlarımız oldu.

Komanda çalışdı ki, daha yaxşı oyun göstərsin. İstədiklərimizə hələ tam nail ola bilməmişik.

Bunun üçün vaxt lazımdır. Çalışırıq, qarşıda "Sabah" ilə çətin oyunumuz var.

İnşallah, uşaqlar həmin vaxta kimi bərpa olunub, oyuna rahat çıxa bilərlər".

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?