COP29

Yeni baş məşqçidən ən son mesaj: "Futbolçular bunu dərk etsələr..."

23 Noyabr 2023 21:00 Kəpəz 1 001
Yeni baş məşqçidən ən son mesaj: "Futbolçular bunu dərk etsələr..."

“Kəpəz”də yeni dövr start götürüb.

Azər Məmmədovun istefasından sonra boş qalan posta Adil Şükürov təyinat aldı.

Gənc mütəxəssis artıq bir həftədən çoxdur kollektivin başındadır.

Maraqlıdır, qarşıdakı tura hazırlıq necə gedir? Şükürov futbolçulardan istədiyi implusu ala bilirmi?

Sorğumuza cavab olaraq qərb təmsilçisinin yeni çalışdırıcısı saytımıza açıqlamasında bunları dedi:

“Səbail"lə oyuna hazırlığımız davam edir. Ümid edirəm ki, yaranmış fasilə xeyirimizə işləyəcək.

Bəzi istəklərimizi futbolçulara çatdırdıq. Təbii ki, bütün istəklərimizin futbolçular tərəfindən qavranması üçün müəyyən zaman lazımdır.

Tək məqsədimiz hər kəsin növbəti oyunlara köklənməsidir. Çünki Premyer Liqada qalmaq vacibdir.

Bunun üçün qələbələr lazımdır. Ən önəmli məsələ budur. Futbolçular bunu dərk etsələr, öz karyeraları, öz adları üçün də vacibdir.

Futbolçuların fiziki durumlarını daha da yaxşı etməyə çalışırıq. Bəzi siqnallar ala bilmişik. Ki, "Səbail"lə oyunda istədiyimiz nəticə ilə Gəncəyə qayıdaq.

Ardınca cox gərgin qrafik bizi gözləyir. Əlimizdəki futbolçulardan maksimum istifadə edib lazım olan nəticələri qazanmağa çalışacağıq”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?