COP29

“Yekə adamsız, 3 dənə bəsdir, dana!” – Çarəsiz azarkeşlərin "üsyan"ı

19 Sentyabr 2023 16:40 Kəpəz 637
“Yekə adamsız, 3 dənə bəsdir, dana!” – Çarəsiz azarkeşlərin "üsyan"ı

Gəncədə keçirilən “Kəpəz” – “Səbail” qarşılaşmasında meydan sahiblərini rəqibinə böyük hesabla məğlub olub– 0:3.

Sevimli komandalarının yenilgisi ilə barışmayan gəncəli azarkeşlər oyunun gedişində müxtəlif şüarlarla diqqət çəkib.

İlk hissənin sonlarına yaxın ayrı-ayrı qruplar “Kəpəz”in baş məşqçisi Azər Məmmədovu istefaya səsləyib.

Klubun təhlükəsizlik rəisi Elmar Əliyev narazı azarkeşləri “istefa” şüarı səsləndirmək əvəzinə dəstək verməyə səsləyən anda tərəflər arasında kiçik söz atışması yaşanıb.

Hesab 0:3 olandan sonra isə futbolsevərlər bu dəfə qonaq komandanın çalışdırıcı Şahin Diniyevi hədəfə alıb.

Onlar vaxtilə “Kəpəz”in sükanı arxasında olmuş çalışdırıcıya şirin Gəncə ləhcəsində “Şahin müəllim, yekə adamsız, 3 dənə bəsdir dana” mesajını yollayıb. Diniyev azarkeşlərin xahişinə əlini ürəyinin üstünə qoymaqla cavab verib.

Vəziyyətin düzəlmədiyini görən fanatlar matçın sonlarına yaxın yenə “Kəpəz”in çalışdırına səslənərək “Azər, komanda niyə oynamır” sualını verib. Məmmədov tribnadan gələn səsə reaksiya verməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?