"Kəpəz"dən daha bir legioner ayrılıb.
Sportinfo.az xəbər verir ki, söhbət Giorgi Kantariyadan gedir.
Gürcüstanlı sosial şəbəkə hesabında "Kəpəz"lə vidalaşıb. O, instaqramda hekaye bölümündə "goodbye "Kapaz" yazaraq, Gəncə klubundan ayrıldığına işarə vurub.
"Zuqdidi", "Neman" və "Telavi"də oynamış yarımmüdafiəçi yayda "Kəpəz"lə müqavilə imzalamışdı.