COP29

"Biz kişiyik, sözümüzün arxasındayıq" - "Sportinfo"nun əməkdaşına cavab verdi ki…

28 May 2023 18:35 Kəpəz 1 047
"Biz kişiyik, sözümüzün arxasındayıq" - "Sportinfo"nun əməkdaşına cavab verdi ki…

"Kəpəz" Premyer Liqanın son matçında "Qəbələ"nin qonağı olub.

Bərabərliklə (1:1) başa çatan matçdan sonra komandanın baş məşqçisi Tərlan Əhmədov maraqlı fikirləri ilə yadda qalıb.

O, bəndənizin ona ünvanladığı "Tərlan müəllim, bir neçə dəfə Gəncədə böyük təzyiq altında çıxış etdiyinizi dilə gətirmisiniz.

Qış fasiləsindən sonra "Kəpəz"i Premyer Liqada saxlayıb, komandadan gedəcəm" deməyinizdən sonra, demək olar hər mətbuat konfransında "Mövsümün sonu Gəncədən ayrılacaqsınız?" sualı sizə ünvanlanırdı.

Təbii ki, bu da əlavə təzyiq idi. Hansısa məqamda verdiyiniz həmin vədə görə peşman oldunuzmu" - deyə ünvanladığım suala cavab olaraq bunları dilə gətirdi:

"Təbii ki, əlavə təzyiq idi. Amma heç vaxt peşman olmamışam. Biz kişiyik, sözümüzün arxasındayıq. O dönəm həmin fikirləri demək lazım idi.

Bir günün yox, həftələr ərzində yığılıb qalan problemlər vardı. Həmin gün "partladım". Futbol ictimaiyyəti ilə bölüşmək istədim.

Çox şeyi siz bilmirsiniz. Mən hər şeyi danışsaydım, bəlkə də Gəncədə futbola qadağa qoyardılar.

Bəzi narahatlıqları isə dilə gətirmək üçün doğru zaman olduğunu düşünürəm. Hər kəs olanlardan xəbərdar oldu.

Bəlkə də o dönəm mənim danışmağım sonrakı dönəmdə komandanın uğurlu seriya yaxalamsında vacib rol oynadı. Sonda da qarşımıza qoyulan hədəfə daha erkən çatmış olduq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti