COP29

“Qarabağ”a qol vurmuş hücumçu intizamsızlıq etdi, düşərgədə saxlanılmadı

14:40 Kəpəz 917
“Qarabağ”a qol vurmuş hücumçu intizamsızlıq etdi, düşərgədə saxlanılmadı

Cavad Kərimov «Kəpəz»in əsas komandasından uzaqlaşdırılıb.

Baş məşqçi Azər Bağırov təsadüfən belə qərar qəbul etməyib.

20 yaşlı hücumçunun məşqlərdə özünü pis aparması, verilən tapşırıqlara etinasız yanaşması çalışdırıcını sərt mövqe sərgiləmək məcburiyyətində buraxıb.

Gənc mütəxəssis məhz bu üzdən «Turan Tovuz»dan Sadiq Şəfiyevin icarəyə götürülməsini istəyib. «Sarı-göylər»in öz yetirməsi isə mövsümü əvəzedici heyətdə başa vuracaq.

Ötən mövsüm Premyer Liqada debüt eləmiş və yeganə qolunu «Qarabağ»a vurmuş 2004-cü il təvəllüdlü forvard qarşıdakı aylarda əsas komandanın məşqlərində də iştirak edə bilməyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti