İlin sonuncu futbol həftəsinin üç oyunu bölgədə baş tutacaq.
Tovuzdakı iki maraqlı qarşılaşmadan birində “Kəpəz” nominal meydan sahibi qismində “Sumqayıt”ı qəbul edəcək.
17-ci turu məğlub başa vuranların duelində qazanılacaq qələbə hər iki komanda üçün olduqca vacibdir. Mümkün 3 xal “kimyaçılar”ı ilk “5-liy”ə yaxınlaşdıra, gəncəliləri sonuncu pillədən uzaqlaşdıra bilər.
“Kəpəz”in qapıçısı Rojerio Santos Sportinfo.az-a açıqlamasında qarşıdakı oyunla bağlı fikirlərini dilə gətirib:
“Hər iki komanda üçün çətin olacaq. İlk dövrədə onlara məğlub olmuşduq. Lakin indi daha güclü və inamlı olduğumuzu düşünürəm.
İlk 8 oyunda xal üzünə həsrət idik. Lakin son 9 oyunda 10 xal qazanmağı bacarmışıq. Bunun davamını gətirmək istəyirik.
Gücümüzü bir yerə qoyub qalib gəlmək üçün lazım olan hər şeyi edəcəyik. Ümid edirəm 3 xal bizim olacaq”.
Dekabrın 20-də keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB