COP29

Klub rəhbərini təcili AFFA-ya çağırdılar, bağlı qapılar arxasında…

5 İyul 13:00 Kəpəz 3 568
Klub rəhbərini təcili AFFA-ya çağırdılar, bağlı qapılar arxasında…

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri AFFA-nın binasına dəvət olunub.

Gəncə təmsilçisinin rəhbəri burada federasiyanın bəzi funksionerləri ilə görüşüb.

Tərəflər klubun mövcud vəziyyəti və gələcək planları ətrafında fikir mübadiləsi aparıb.

Deyəsən, Premyer Liqada himayədarsız klub qalmayacaq. «Kəpəz»in illərdən bəri davam edən sponsor həsrəti bitmək üzrədir.

Bu barədə AFFA-dan redaksiyamıza yeni məlumat daxil olub. Federasiyadan bildirilib ki, Rövşən Nəcəf Gəncə klubunun maliyyə probleminin həllində mühüm addım atıb.

Qurumun, eyni zamanda SOCAR-ın prezidenti «Kəpəz»ə yeni sponsor tapıb. Tapıb deyəndə ki, bu işi görəcək şəxs onun yaxın dostlarından biridir.

Hələlik adı gizli saxlanılan iş adamı şirkət sahibidir və SOCAR-la əlaqəli fəaliyyət göstərir.

Nəcəflə yaxın münasibətləri olan biznesmen «Kəpəz»ə maliyyə dəstəyi verməyə razılaşıb, hazırda isə mümkün əməkdaşlığın detalları müzakirə olunur.

Hər şey plan üzrə getsə, yəqin ki, İlqar Nadirinin bütün səlahiyyətləri əlindən alınacaq. Klubda saxlansa belə, bu, formallıqdan o yana keçməyəcək.

Maaşını alacaq və çəkiləcək kənara. Nadirini rəsmi surətdə «Kəpəz»dən kənarlaşdırmaq da düzgün olmaz.

Hər halda 6 ildən çoxdur buradadır və pis-yaxşı çalışıb.

Gəncəli fanatları tərəfindən sevilməsə də, hətta bir çoxunun antipatiyasını qazhansa da, fakt odur ki, «Kəpəz» sözügedən sədrin vaxtında Premyer Liqaya qayıdıb və burada yerini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq