"Kəpəz" Premyer Liqanın 17-ci turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Sadəcə etdiyimiz texniki səhvlərın nəticəsində birinci hissədə qapımızda iki qol gördük.
İkinci yarıda aqressivliyi artırıb, daha yaxşı oynadıq. Qol epizodlarımız oldu.
Oyun heç-heçə də bitə bilərdi. Reallıqlarla barışmaq və hər bir vəziyyətə hazır olmaq lazımdır".