COP29

"Kəpəz" afrikalılara 4 qolla qalib gəldi - FOTOREPORTAJ

27 İyul 01:50 Kəpəz 1 354
"Kəpəz" afrikalılara 4 qolla qalib gəldi - FOTOREPORTAJ

Yeni mövsümə hazırlaşan "Kəpəz" sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, "sarı-göylər" klubun məşq mərkəzində afrikalılardan ibarət "Pelikan" ilə qarşılaşıblar.

Matç Gəncə təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə Kərim Lkoça və Əli Səmədov fərqlənib.

Fasilədən sonra Lassana Ndiaye və Redon Mihana qol vurub.

"Kəpəz" bunadək 3 yoxlama oyunu keçirib. Adil Şükürovun komandası "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub, "Əl-Yarmuk"a (Küveyt) 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti