COP29

Rəhbərlə baş məşqçi arasında münasibətlər korlandı – Premyer Liqada qalacaqlarmı?

18 Avqust 12:20 Kəpəz 3 837
Rəhbərlə baş məşqçi arasında münasibətlər korlandı – Premyer Liqada qalacaqlarmı?

Premyer Liqanın ilk üç turunun ən uğursuzu «Kəpəz»dir.

Geridə qalan müddətdə aldıqları yalnız məğlubiyyət olub. Qapıda üst-üstə 8 qol görüblər, qol vurmayıblar.

Bu yandan isə Adil Şükürov nikbindir yenə. Premyer Liqada qalacaqlarını deyir. Adamın pozitivliyinə heyrət etməyə bilmirsən.

Sanki Marsda, yaxud Yupiterdə yaşayır, yer kürəsinə yeni enib, heç kimdən, heç nədən xəbəri yoxdur.

Misalçün, xəbəri yoxdur ki, İlqar Nadirinin qara kölgəsi yenə başının üzərində dolaşır.

Şükürov hesab edir ki, problem köhnə komandanın dağılmasında, təzə gələnlərin hələ də adaptasiya keçməsindədir.

Düzdür, yad simalar çoxdur düşərgədə və onların yerli şəraitə uyğunlaşması vaxt istəyir. Sıxıntı bir tək budurmu?

O, tezliklə masa arxasına əyləşməli. İdarə Heyətinin sədrinə barışıq əli uzatmalıdır.

Şükürov gecikmədən bunu etməlidir, rəhbərinin «qılıncının altından keçməlidir». Yeganə nicat yolunu biz ona başa saldıq.

Məsləhətə qulaq assa, udacaq. Asmasa da ki… İlqar Nadiri özü kətili onun ayağının altından yana itələyəcək.

«Kəpəz»i ötən mövsüm Şükürov Premyer Liqada saxladı. İnkar etmək olmaz bunu.

Sədrin xidmətindən geniş danışa bilmərik. Təşkilatçı və idarəçi kimi çox səhvlərə yol verən şəxsdir o.

Həyat yerində dayanmadığı kimi, burada da vəziyyəti dünənlə müqayisə etməyə dəyməz.

Şükürovun iyunda ondan xəbərsiz və halallıq almadan «Turan Tovuz»la daeışıqlara getməsi Nadirinin acığına gəlib. Tərəflər bu gün yenə bir yerdə çalışır, amma aradakı münasibət o deyil daha.

Bu da, heç şübhəsiz, komandaya pis təsir edir, gücü ondan alır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…