COP29

Klubun birinci şəxsi ilk dəfə AÇIQLADI: “Gələn ilin büdcəsinə girmişik, çünki…”

3 Noyabr 15:15 Kəpəz 2 393
Klubun birinci şəxsi ilk dəfə AÇIQLADI: “Gələn ilin büdcəsinə girmişik, çünki…”

«Bütün gücümüzü qoymuşuq ki, komandanı Premyer Liqada saxlayaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbəri son turlarda hakimlərin ciddi təzyiqi ilə üzləşdiklərini, bununla belə, uğursuzluq zolağından çıxmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

«Baş məşqçi dəyişikliyindən sonra 7 transfer həyata keçirmişik. Açıq deyim ki, gələn ilin büdcəsinə girmişik.

Çünki əlavə maliyyə dayaqlarımız yoxdur. Bunu da yenilənən komandanın qarşısına qoyulan məqsədə çata biləcəyinə inanaraq etmişik.

Hakimlər axır vaxtlar «Kəpəz»i çox sıxır. Hamı görür ki, komandamızın başına nə «oyunlarlar» açırlar.

Bu, bizi çox narahat edir. Eyni zamanda, başa düşürük ki. ruhdan düşmək olmaz.

Mən bu haqda həm məşqçilər, həm də futbolçularla söhbətləşmişəm. Onlara inanıram».

“Sarı-göylər” çempionatın ilk 11 turunda 3 xal toplayıb. Turnir cədvəlinin son pilləsində olan gəncəlilər bu gün “Səbail”lə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu