COP29

“Buradayıqsa, bu komanda üçün əlimizdən gələni etməliyik”

9 Avqust 19:40 Kəpəz 1 012
“Buradayıqsa, bu komanda üçün əlimizdən gələni etməliyik”

Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq.

Son ölkə çempionu "Qarabağ" "Azərsun Arena"da "Kəpəz"i qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

İlk turda "Qarabağ" "Araz Naxçıvan"ı 4:1 hesabı ilə üstələyib. "Kəpəz" isə səfərdə "Sumqayıt"a yenilib - 0:2.

Gəncə təmsilçisinin müdafiəçisi İlkin Qırtımov Sportinfo.az-a açıqlamasında bildirib ki, asan təslim olmaq fikrində deyillər:

"Düzdür, çətin olacaq, amma bu o demək də deyil ki, hər oyuna əl-qolumuzu yanımıza salaraq meydana çıxacağıq.

Buradayıqsa, bu komanda üçün əlimizdən gələni etməliyik. Turnir cədvəlinin alt sıralarında yer almaq istəmirik.

Yenə də hər şeyi zaman göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…