COP29

Baş məşqçi onun üzünə qayıdan futbolçunu komandadan uzaqlaşdırdı

15 Avqust 20:40 Kəpəz 7 440
Baş məşqçi onun üzünə qayıdan futbolçunu komandadan uzaqlaşdırdı

“Kəpəz”in baş məşqçisi Adil Şükürov sərt cəza tədbirləri görməyə başlayıb.

Onun göstərişi ilə Nicat Süleymanov əsas komandadan uzaqlaşdırılıb.

Ötən mövsümü “Araz-Naxçıvan”da keçirəndən sonra geri qayıdan yarımmüdafiəçi indi əvəzedici heyətə “sürgün olunub”.

Nə səbəbdən? Gəncə təmsilçisində dava-dalaş baş verib. Hadisə «Qarabağ»a Suraxanılakı matçdan (0:3) sonra qeydə alınıb.

Belə ki, ağır yenilginin təsiri altında paltardəyişmə otağına daxil olan baş məşqçi Adil Şükürov qırmızı vərəqə almış Elmir Tağıyevi və digərlərini sərt tənqid edib. Sükançı xüsusən komandasının yerli üzvlərinə «yüklənib».

Çalışdırıcı «bir də belə oynasaz, əşyalarınızı yığın və buradan gedin» söyləyib. Ardınca onun köməkçiləri də aşağı-yuxarı eyni sözləri dilə gətirib.

Məşqçilərin legionerlərdən çox onların üstünə gəlməsini görən yerlilərin səbri daşıb, «od püskürüblər». Əsasən də Elmir baş məşqçiyə və yardımçılarına sərt şəkildə cavab qaytarıb.

Nicat yoldaşına dəstək verib. Süleymanovun “yanlış”ı Tağıyevə qahmar çıxmasıdır.

Sözlü mübahisə şəraitində keçən dialoqun davamında tərəflər əlbəyaxa olmaq həddinə çatıb. Ətrafdakıların ciddi-cəhdindən, müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Beləcə, Şükürovla yaxınları döyülməkdən canını qurtara bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…