COP29

Premyer Liqa klubunda insident onun üstündə baş veribmiş… FOTO

15 Avqust 14:00 Kəpəz 1 900
Premyer Liqa klubunda insident onun üstündə baş veribmiş… FOTO

AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Premyer Liqanın II turunda baş tutan “Qarabağ” - “Kəpəz” görüşündə Gəncə klubunun yarımmüdafiəçisi Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə ilə meydandan qovulduğuna görə növbəti turu buraxmalı olacaq, klub isə 500 manat cərimələnib.

Həmçinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz” 700 manat cərimələnib.

Elmir Tağıyev öncə 26-cı (hakimin qərarına etiraz), bir də 78-ci dəqiqədə (qeyri-idman hərəkəti) baş hakim Rauf Allahverdiyevin qəzəbinə tuş gəlib.

Premyer Liqa klubunda insident onun üstündə baş veribmiş…

Demə, «Kəpəz»də qarşıdurmanın yaranmasına səbəbkar da elə Elmir imiş. Və federasiyanın kəsdiyi cəriməni indi öz maaşından ödəməli olacaq.

Açılış həftəsində «Sumqayıt»a 0:2 hesabıyla uduzan Gəncə təmsilçisində dava-dalaş baş verib.

Hadisə «Qarabağ»a Suraxanılakı matçdan (0:3) sonra qeydə alınıb.

Belə ki, ağır yenilginin təsiri altında paltardəyişmə otağına daxil olan baş məşqçi Adil Şükürov Tağıyevi və digərlərini sərt tənqid edib. Sükançı xüsusən komandasının yerli üzvlərinə «yüklənib».

Çalışdırıcı «bir də belə oynasaz, əşyalarınızı yığın və buradan gedin» söyləyib. Ardınca onun köməkçiləri də aşağı-yuxarı eyni sözləri dilə gətirib.

Məşqçilərin legionerlərdən çox onların üstünə gəlməsini görən yerlilərin səbri daşıb, «od püskürüblər». Əsasən də Elmir baş məşqçiyə və yardımçılarına sərt şəkildə cavab qaytarıb.

Sözlü mübahisə şəraitində keçən dialoqun davamında tərəflər əlbəyaxa olmaq həddinə çatıb. Ətrafdakıların ciddi-cəhdindən, müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Beləcə, Şükürovla yaxınları döyülməkdən canını qurtara bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…