Azərbaycanın gənclər yığmasının müdafiəçisi Cəlal Hüseynov karyerasını yenidən Premyer Liqada davam etdirəcək.
2023-cü ilin iyulunda «Arda» ilə müqavilə bağlamış arxa xətt oyunçusu «Kəpəz»lə anlaşıb.
Bolqarıstan klubu onu Gəncə təmsilçisinə icarəyə verib.
Vaxtilə «Şamaxı» və «Zirə»nin formasını geyinmiş U-21 millisinin üzvü mövsümün sonunadək «sarı-göylər»ə xidmət edəcək.
Hüseynov iki səbəbdən «Arda»dan getməyi lazım bilib. Biri əsas heyətdə davamlı yer almamasıyla bağlıdırsa, digər «əmma» şəxsi problemlərindən qaynaqlanır.
O, belə vziyyətdə ailəsinə daha yaxın olmaq üçün vətənə qayıtmağa gərək duyub.
SPORTİNFO.AZ