COP29

Yeni baş məşqçi İDDİALI AÇIQLAMA verdi

2 Sentyabr 09:00 Kəpəz 1 275
Yeni baş məşqçi İDDİALI AÇIQLAMA verdi

"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Bağırov Gəncə klubundakı gözləntilərindən danışıb:

"Komandamızın yeni baş məşqçisi Azər Bağırov bağlı klubun mətbuat xidmətinə açıqlama verib. Gənc mütəxəssis azarkeşlərdən dəstək istəyib:

“Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir. Çempionatda bütün oyunlarda məğlub olmuşuq, çox da qol buraxmışıq.

Çalışıb bunu aradan qaldıracağıq. Vəziyyətlə bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq.

Gəncənin, “Kəpəz”in Azərbaycan futbolunda xüsusi yeri, əvəzolunmaz mövqeyi var. Burada futbolu həddindən çox sevirlər.

İnşallah, Gəncə futbolunun ənənəsini geri qaytarmaq üçün işlər görəcəyik. Yaxşı, döyüşkən komanda formalaşdıraraq düşdüyümüz vəziyyətdən çıxacağıq.

Buna inanıram. Hamıdan bu işə dəstək istəyirəm.

Azarkeşlər “Kəpəz”in güclü tərəfidir, əsas üstünlüyüdür. Komandamızı ruhlandıraq, qələbələrə səsləyək".

"Kəpəz" Azər Bağırovla iki illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM